• Bakı 19° C

    0.61 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Ekvador Prezidenti fövqəladə vəziyyət elan etdi

DÜNYA

20 Aprel 2024 | 19:23

Ekvador Prezidenti fövqəladə vəziyyət elan etdi

Ekvador Prezidenti Daniel Noboa ciddi enerji böhranı səbəbindən ölkədə 60 gün ərzində ikinci fövqəladə vəziyyət elan edib.

Bakıvaxtı.az xəbər verir ki, noyabr ayında özünün vəzifə səlahiyyətlərinin icrasına başlayan Ekvador Prezidenti fövqəladə enerji vəziyyəti elan edib və elektrik enerjisinin kəsilməsi rejimini tətbiq edib. Ölkədə bazar günü referendum keçiriləcəyi üçün elektrik kəsintiləri olmayacaq.

Ölkə başçısının Ekvadorun “Expreso” nəşrində dərc edilən Fərmanında deyilir: “İctimai elektrik xidmətinin davamlılığını təmin etmək üçün elektrik enerjisi sektorunda fövqəladə vəziyyətin səbəb olduğu ölkədaxili ciddi iğtişaşlar və ictimai fəlakətlər səbəbindən fövqəladə vəziyyət elan edilsin”.

Fərman, kritik dərəcədə əhəmiyyətli olan enerji infrastrukturunu təxribatlardan, terror hücumlarından və digər təhdidlərdən qorumaq üçün hərbçilər və polis arasında daha sıx koordinasiyanı təmin edərək cinayət artımının qarşısını almağı hədəfləyir.

Rekord quraqlıq zamanı ölkə daxilində su elektrik stansiyalarının kütləvi şəkildə dayandırılması və istehsal problemləri yarandığına görə Ekvador qonşu Kolumbiyadan elektrik enerjisi tədarükünə son verilməsi səbəbindən kəskin enerji böhranı ilə üzləşib. Bununla əlaqədar olaraq, yekun istehlakçıların elektrik kəsintisi gün ərzində 8 saatadək davam edir.


SON XƏBƏRLƏR

25 May 2024