• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ekvador Ukraynaya silah verməkdən imtina etdi

DÜNYA

20 Fevral 2024 | 12:55

Ekvador Ukraynaya silah verməkdən imtina etdi

Ekvador Ukraynaya köhnə hərbi texnika verməkdən imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekvadorun xarici işlər naziri Qabriela Sommerfeld parlament komissiyanın iclasında deyib.

Nazirin sözlərinə görə, Ekvador prezidenti Daniel Noboa beynəlxalq silahlı münaqişədə iştirak edən ölkələrə hərbi texnika tədarük etməməklə bağlı aydın göstəriş verib.

Qeyd edək ki, bir qədər əvvəl Ekvador hakimiyyəti könhə sovet texnikasını "metal tullantıları" adlandırıb və ABŞ-yə göndərəcəyini bildirib. Məlumata görə, ABŞ isə öz növbəsində bu silahları Ukraynaya göndərmək niyyətində olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026