Fransa Rəqabət İdarəsi internet axtarış sistemi "Google"u fransız nəşriyyatlarına ödədiyi ödənişlərlə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün 250 milyon avro cərimələyib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, qurum ABŞ-da yerləşən texnologiya nəhəngini platformada istifadə olunan məzmunun yüklənməsi ilə bağlı 2019-cu il tarixli Aİ “Qonşuluq Hüquqları Qanunu”na əsasən cəzaya məhkum etdiyini bildirib.
Bununla belə, cəzanın sözügedən problemə "mütənasib olmadığı" və qurumun "Google"un qeyd-şərtlərini həll etmək üçün göstərdiyi səyləri "kifayət qədər nəzərə almadığı" da tənqid edilib.
Xatırladaq ki, indiyədək "Google" 450 fransız nəşriyyatı ilə rüsumlarla bağlı razılığa gəlib.
Ay Tac
















