• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü

DÜNYA

20 Aprel 2024 | 10:14

Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü

Türkiyənin Batman vilayətinin 8 rayonunda həyata keçirilən “Mahzen-30” əməliyyatında Doğan Güneyin rəhbərlik etdiyi “Odacılar” mütəşəkkil cinayətkar dəstəsi çökdürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.

O, cinayətkarlıqla məşğul olanlara qarşı əməliyyatların davam etdiyini vurğulayıb: “Əməliyyatlar zamanı mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərlərindən olan Yonca Onat da daxil olmaqla 34 şübhəli saxlanılıb. İstəyirəm ki, əziz millətimiz bunu bilsin ki, hansı böyüklükdə olursa-olsun, mütəşəkkil cinayətkar təşkilatları sıradan çıxarıb ədalətə təslim edəcəyik. Əməliyyatlarımız dan yeri ağaranda da, günəş batanda da  davam edəcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026