90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd, Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli rayonun Kalva kəndində seçicilərlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki. hörüşdə çıxış edən deputatlığa namizəd Elçin Mirzəbəyli qeyd edib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var.
Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd bildirib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun qurmalıdırlar.
Sonra deputatlığa namizəd seçki platformasının əsas istiqamətləri ilə bağlı seçicilərə məlumat verib, onların çoxsaylı suallarını cavablandırıb.
Elçin Mirzəbəylinin görüşləri davam edir - FOTOLAR
SİYASƏT
26 Avqust 2024 | 17:52 | Müəllif: Qalib İbrahimoğlu











SON XƏBƏRLƏR
16:39
15:44
11:39















