• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ceyhun Bayramov Rafael Grossi ilə görüşüb - FOTO

SİYASƏT

25 Sentyabr 2024 | 09:13

Ceyhun Bayramov Rafael Grossi ilə görüşüb - FOTO

24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Grossi ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Ceyhun Bayramov Azərbaycan nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadə edilməsində MAQATE-nin yoxlama sisteminin əvəzsiz rolunu vurğulayaraq, nüvə təhlükəsizliyini və onun gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığı tamamilə dəstəklədiyini bildirib.

    Xarici işlər naziri və baş direktor 2024-2029-cu illər üçün MAQATE ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üzrə Ölkə Proqramı Çərçivəsini (CPF) imzalayıblar.

    Saziş texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.


    Ceyhun Bayramov Rafael Grossi ilə görüşüb - FOTOCeyhun Bayramov Rafael Grossi ilə görüşüb - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026