"Avropa İttifaqı BRICS- in Kazanda keçirilən sammitində qəbul edilmiş bəyannaməni nəzərə alıb, lakin birtərəfli sanksiyaların qəbuledilməzliyi haqqında bəndin siyasi birləşməyə aid olduğuna inanmır".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin nümayəndəsi Piter Stano bildirib.
Stano vurğulayıb ki, Brüssel BRICS üzvü olan bir sıra ölkələrə qarşı qanuni olaraq sanksiyalar tətbiq edib.
"BRİKS sammitinin yekun bəyannaməsində Ukrayna məsələsi iclas iştirakçıları tərəfindən demək olar ki, diqqət çəkmirdi. Bu məsələyə cəmi üç cümlə ayrılıb, dövlətin özü isə yalnız bir dəfə qeyd edilib", deyə Stano qeyd edib.
Gülşən Şərif













jpeg-1732348487.webp)


