• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ağ Ev yanan odun üstünə benzin tökür: İsrail İranı elə vursun ki...

SİYASƏT

24 Oktyabr 2024 | 15:17 | Müəllif: Qalib İbrahimoğlu

Ağ Ev yanan odun üstünə benzin tökür: İsrail İranı elə vursun ki...

“ABŞ-nin İsrailə İranla bağlı çağırışları bir sıra səbəblərlə bağlıdır”.

Bunu Bakıvaxtı.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov ABŞ-nin İsraili Yaxın Şərqdə gərginliyin artmasının qarşısını alacaq şəkildə İrana qarşı cavab tədbirləri görməyə çağırışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ prezident seçkilərinə hazırlaşır və ölkədə İsrail lobbisinin seçki prosesinə ciddi təsirləri var:

"Demokratlar yəhudi lobbisinin kifayət qədər güclü dəstəyini itirməmək üçün İsrailə İrana qarşı məhdud çərçivədə də olsa bir sıra addımların atılmasına razılıq verirlər, hətta buna çağırış da edirlər. Yəni İrana zərbə endirilməsinə şərait yaratmaqla, bir növ revanş etmək istəyirlər. Əgər indiki şəraitdə Bayden hökuməti "İsrail İranı vurmasın" deyərsə, bu, Demokratların ciddi səs itkisinə yol aça bilər”.

Müsahibimizə görə, digər yandan, Ağ Ev İsrailin beynəlxalq nüfuzunu aşağı salmaq istəmir. Yəni ABŞ Yaxın Şərqdə böyük və ciddi qarşıdurma yaşanmasını, İranın məhv olmasını istəməsə də, paralel olaraq münaqişə ocağının tam sönməməsini, İsrailin hədəf alınmamasını, qlobal çərçivədə zəif ölkə kimi tanınmamasını da istəyir. İranın əlinə fürsət vermək, Tehranın bölgədə güclənməsinə imkan yaratmaq istəmir.

Samir Hümbətov: Belə olarsa, İrana bağlı proksi qüvvələr də İsraili yenidən hədəf alarlar ki, bu da...

 Analitik qeyd edib ki, İranın regionda nüfuzunun güclənməsi paralel olaraq ABŞ və İsrailin Yaxın Şərqdə xal itirməsi anlamına gəlir:

"Həmçinin, gələcəkdə istənilən formada bölgədə gedən proseslərə müdaxilə şansının qalması üçün bu cür addımlar zəruridir. Ola bilsin, İsrail İrana qarşı müəyyən addımlar atacaq, zərbələr vuracaq. Onsuz da İsrail bunu edəcəyini demişdi. Amma təbii ki, genişmiqyaslı hərbi əməliyyatlardan söhbət getmir. Belə olarsa, İrana bağlı proksi qüvvələr də İsraili yenidən hədəf alarlar. Bu da gərginliyi daha da artırar".

Qeyd edək ki, ABŞ İsraili Yaxın Şərqdə gərginliyin artmasının qarşısını alacaq şəkildə İrana qarşı cavab tədbirləri görməyə çağırıb.

Dövlət katibi Entoni Blinken deyib ki, İsrailin daha da gərginləşməyə səbəb olmayacaq şəkildə cavab verməsi çox vacibdir.

İsrailin İranın raket hücumuna cavab zərbəsi planını ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı, İran əslli ABŞ vətəndaşı Arin Təbatəbai ifşa edib. "Skay Nyus" məlumat yayıb ki, ABŞ kəşfiyyat orqanları Pentaqonun yüksək rütbəli əməkdaşı Arin Təbatəbainin gizli planı ifşa etdiyini və bu barədə məlumatları Tehrandakı mənbələrə sızdırdığını ehtimal edir. Qeyd edilib ki, Arin Təbatəbainin tutduğu vəzifə yüksək səviyyədə məxfi məlumatlara çıxış imkanı verir. Təbatəbai isə "Faks Nyus"a açıqlamasında barəsində irəli sürülən ittihamları rədd edib. ABŞ İsrailin İrana qarşı cavab tədbirləri planlarına dair məxfi kəşfiyyat məlumatlarının sızmasını araşdırdığını elan etmişdi. İranlı analitik Mahmud Şuri da deyib ki, ABŞ İranla birbaşa hərbi toqquşmaya can atmır, amma Tehranla qarşıdurmada İsraildən istifadə etməyə davam edəcək.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR