Prezident İlham Əliyevin sərəncamı ilə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib və baş nazirin müavini təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla da baş nazir Əli Əsədovun müavinlərinin sayı 3-ə çatıb.
Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. 79 yaşlı məmur 1993-2003-cü illərdə Baş nazirin müavini, 2003-cü ildən indiyədək Baş nazirin birinci müavini vəzifəsində çalışır.
Əli Əsədovun digər müavini Şahin Mustafayevdir. 1965-ci ildə anadan olan baş nazir müavini 2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək İqtisadiyyat və Sənaye naziri, 2016-cı ilin yanvarın 15-dən 2019-cu il oktyabrın 22-dək İqtisadiyyat naziri olub.
O, 2019-cu ildə Baş Nazirin müavini təyin edilib.
Xatırladaq ki, Baş nazirin sabiq müavini Əli Əhmədov ötən il deputat seçildikdən sonra vəzifəsindən azad edilib.