• Bakı C

    11.51 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

Kobaxidze: "Xaricdən maliyyələşən QHT-lər 4 dəfə inqilab etmək istəyiblər"

SİYASƏT

08 Fevral 2025 | 16:26

Kobaxidze: Xaricdən maliyyələşən QHT-lər 4 dəfə inqilab etmək istəyiblər

 "Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər. Biz xarici agentliklərə QHT-lər vasitəsilə inqilablar təşkil etmək cəhdlərinə qarşı durmalıyıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, “Şəffaflıq haqqında” qanun Gürcüstanda QHT-lər və xarici maliyyə vasitəsilə növbəti inqilab təşkil etmək cəhdinin qarşısını almağa hesablanıb:

“Avropa İttifaqı da oxşar qanun qəbul etmək istəyirdi və onlar birbaşa, rəsmi şəkildə bildirdilər ki, Gürcüstanda analoji qanun qəbul edildiyinə görə, artıq Avropa İttifaqında bu qanunu qəbul edə bilməyəcəklər. Çünki o zaman Gürcüstanı eyni qanunu qəbul etdiyinə görə tənqid etməyə daha mənəvi haqları olmayacaqdı. İndi qəribədir ki, bizim elanımız ABŞ-da “Fara” qanununun yumşaldılması ilə üst-üstə düşdü. Burada “Dərin Dövlətin” əli ola bilər və bunu gələcək göstərəcək”, – deyə Kobaxidze vurğulayıb.


SON XƏBƏRLƏR