Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıya gəlir.
Bakıvaxtı.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, o, XII Qlobal Bakı Forumunda iştirak edəcək.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 fevral tarixlərində baş tutacaq. Tədbirdə Türk dünyasının Ağsaqallar Şurasının sədri Binəli Yılıdırım da iştirak edəcək.