"Ermənistan baş naziri Nikol Paşinyanın "Azərbaycanla sülh imzalamağa hazırıq" bəyanatı əsasən çox böyük bir oyuna hesablanmışdı. Bu, Fransadan gələn növbəti oyunun təzahürü idi".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sülh sənədində yer alan 17 müddəanın hamısını razılaşdırsalar da, rəsmi Bakının daha fundamental iki mühüm tələbi var:
"Bu tələblər sülh sazişinin mətnində yer almır və yeni gündəmə gətirilmiş məsələlələr də deyil. Tələblərimizdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət edilməsidir”.
Müsahibimiz Azərbaycan prezidentinin və xarici siyasət idarəsinin rəhbədinin 2 ildən artıqdır ki, Ermənistan Konstitusiyasından ərazi iddialarının qaldırılması tələbi ilə çıxış etdiyin xatırladıb. Dediyinə görə, ancaq Ermənistan bütün dünyaya bəyan edir ki, razılaşdırılmayan iki məqamı qəbul etsələr, sülhü imzalamağa hazır olsalar da, guya Azərbaycan yeni şərtlər irəli sürür. Avropa siyasətçiləri də eyni notlar üzərindən danışmağa başlayıb".
Natiq Miri, politoloq
Analitik qeyd edib ki, elə bir mənzərə yaranıb ki, sanki Ermənistan "sülh göyərçini" kimi qollarını sülhü imzalamağa çırmalayıb, Azərbaycan isə əngəlləyici addımlar atır:
"İrəvan Bakını yeni şərtlər irəli sürməkdə suçlayır. Eyni şeyi Almaniya prezidenti həm İrəvanda, həm də Bakıda ifadə etdi. Avropa Parlamentində erməni kriminal maliyyəsi ilə yallanan deputatlar dilə gətirir. Çox təəssüf ki, ABŞ-nin yeni administrasiyası da bunu dilləndirməyə başlayıb. İncə məqam, növbəti hiylə bundan ibarət idi. Hətta bu prosesin içərisində Avropa İttifaqlının "missiyası" da yer almaqdadır. Ona görə də xristian dünyası ard-arda tərəflərə çağırış etməklə bərabər həm də sülh sazişinin imzalanmasını tövsiyə edirlər".
Aydın Baxış