• Bakı 12° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Bu həftə Bayramov-Mirzoyan görüşü ola bilər

SİYASƏT

09 Aprel 2025 | 13:13

Bu həftə Bayramov-Mirzoyan görüşü ola bilər

Aprelin 11-13-də IV Antalya Diplomatik Forumu keçirləcək.

Bakıvaxtı.az xəbər verir ki, dünyanın bir çox ölkələrindən olan dövlət başçıları, diplomatlar, nazirlər, ekspertlər Forumda iştirak üçün Türkiyəyə gedəcəklər.

Antalyada keçiriləcək forumda beynəlxalq gündəlikdəki əsas məsələlərin, o cümlədən Yaxın Şərq, Şimali Afrika, Qafqaz, Ukrayna və Qara dəniz ətraflndakı mövcud vəziyyətin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanı Forumda böyük bir nümayəndə heyəti təmsil edəcək.

Xarici işlər naziri Ceyhun Bayramov da IV Antalya Diplomatik Forumuna gedəcək.

Forumda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da iştirak edəcəyi açıqlanıb.

Ermənistanın bəzi xəbər saytları Antalya Diplomatik Forumu çərçivəsində Ararat Mirzoyan - Ceyhun Bayramov görüşünün keçiriləcəyi və nazirlərin sülh müqaviləsi ətrafında müzakirə aparacağı ehtimalı ilə çıxış edib.


SON XƏBƏRLƏR

17 Aprel 2025