• Bakı C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

Kreml sülh prosesinə müdaxilə edə bilərmi? - Rusiyanın bölgəyə dönüşü Paşinyanı narahat etməlidir

SİYASƏT

10 Mart 2025 | 15:19

Kreml sülh prosesinə müdaxilə edə bilərmi? - Rusiyanın bölgəyə dönüşü Paşinyanı narahat etməlidir

Rusiya-Ukrayna, daha doğrusu, ABŞ-Rusiya danışıqları fonunda bir məsələ də gündəmə gəlib. Narahatlıqla vurğulanan məqamlardan biri odur ki, Ukrayna ilə atəşkəsdən sonra başı açılan Rusiyanın yenidən üzünü döndərəcəyi ilk bölgə Cənubi Qafqaz olacaq.

Moskvanın Qərbə meyl edən İrəvan hökuməti üzərində təzyiqini artıracağı, proseslərə birbaşa müdaxilə edəcəyi iddia olunur. Son günlərdə Ermənistanda revanşistlərin, keçmiş klan təmsilçilərinin aktivləşməsi də müşahidə olunmaqdadır. Köçəryan və Ter-Petrosyan kimi revanşistlər Rusiyadan uzaqlaşmağı Ermənistana təhlükə, təhdid kimi dəyərləndirir və Moskva ilə münasibətlərin normallaşmasını vacib sayırlar.

Həqiqətən, Rusiya iddia edildiyi kimi sülh prosesinə müdaxilə edə, İrəvan hökumətinə təzyiqləri artıra, təxribatlara sövq edə bilərmi?

AĞ Partiyanın sədri Tural Abbaslı Bakıvaxtı.az-a deyib ki, Rusiyanın Cənubi Qafqaz regionunda ciddi maraqlarının olması sirr deyil.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaza ayrı-ayrı ölkələr timsalında yox, bütöv bölgə kimi baxır:

"Rusiyanın Azərbaycanda mövqeyi kifayət qədər zəifdir. Moskva Azərbaycanda öz maraqlarını təmin etmək, mövqeyini gücləndirmək üçün belə demək mümkündürsə, sıfırdan başlamalıdır. Çox güman ki, Kreml Azərbaycanda sıfırdan başlamaqdansa, Paşinyan üzərində təzyiqlərini artırmağa üstünlük verəcək. Rusiyanın Ermənistana təsir rıçaqları çoxdur. Yəqin ki, Bakıdan daha çox İrəvana fokuslanacaq. Amma inanmıram ki, indiki məqamda Ermənistanı Azərbaycana qarşı savaşa, növbəti qarşıdurmaya sövq etsinlər. Kreml Ermənistanda daha çox hakimiyyət dəyişikliyinə nail olmağa, Paşinyanı əvəzləməyə çalışacaq. Azərbaycan bu prosesə tək deyil, yanımızda güclü Türkiyə var".

Tural Abbaslı: Rusiyanın Cənubi Qafqaz regionunda ciddi maraqlarının olması sirr deyil

Müsahibimiz vurğulayıb ki. Rusiyanın Ukrayna savaşından sonra bölgəyə geri dönüşü Paşinyanı narahat etməlidir:

"Paşinyan düşünsün ki, onu hansı aqibət gözləyə bilər. Digər yandan Rusiya elə kiçik ölkə deyil ki, Ukrayna ilə savaş vəziyyətində ikən Cənubi Qafqazı qarışdıra bilməsin. Rusiya Ukrayna ilə müharibə edərkən Qarabağda öz qoşunlarını saxlayırdı. O cümlədən Suriyada ordu saxlayırdı. Ermənistanda, Gümrüdə hərbi bazası var. Adətən, Rusiya kimi böyük dövlətlər bir istiqamətə fokuslanıb, bütün enerjisini ora sərf etmir. Hər sahədə öz maraqlarını qorumağa çalışırlar. Təbii ki, daha rahat hərəkət edəcək. Ancaq xarici siyasətində möhtəşəm dəyişikliklərin olacağı inandırıcı deyil".

Aydın Baxış


SON XƏBƏRLƏR