• Bakı 16° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Əməkdar artist: “Sanki məni yerə çırpmışdılar”

MƏDƏNİYYƏT-ŞOU

18 Aprel 2024 | 10:54

Əməkdar artist: “Sanki məni yerə çırpmışdılar”

"Nə qədər huşsuz halda qaldığımı bilmirəm. Gözümü açanda sarışın bir qızı gördüm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artisti Kübra Əliyeva “Elgizlə izlə” verilişində deyib.

Sənətçi keçirdiyi xəstəlikdən danışıb:

“Sanki, kimsə məni qaldırıb yerə çırpmışdı. Nələrin baş verdiyindən bixəbər idim. Bu, Allahdan gələn bir sınaqdır. Görünür, Allah mənim hansısa bir günahımı bağışladı. Yıxılsam da, sınığım, çıxığım olmadı. Sadəcə əzilmişəm. Yıxılanda gicgahım dəyib. Artıq 25 gün keçib. Hadisədən bir gün sonra gördüm ki, sanki gözümün içinə nar sıxıblar, qıpqırmızı idi. Həmin halda şəklimi çəkib həkimə göndərdim. O, mənə dərman yazdı, 2-3 gündən sonra qızartı çəkildi".

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

30 Aprel 2024