• Bakı 11° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Emin Əmrullayev UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi ilə görüşdü

SİYASƏT

26 Mart 2025 | 20:43

Emin Əmrullayev UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi ilə görüşdü

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini ilə görüşüb.

Bakıvaxtı.az xəbər veri ki, görüş zamanı iqlim dəyişikliyi üzrə məlumatlılığın artırılması məqsədilə UNESCO-nun qlobal təşəbbüsü olan "Yaşıl Təhsil Tərəfdaşlığı" çərçivəsində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq müzakirə olunub.

Elm və təhsil naziri Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığının Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) çərçivəsində ölçülməsi məsələsinə toxunaraq bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıb.

Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.


SON XƏBƏRLƏR