• Bakı 15° C

    9.51 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Ən ağıllı körpələrin doğulduğu ay - Uğurlu liderlər də həmin ayda dünyaya gəlib

CƏMİYYƏT

02 May 2025 | 00:51

Ən ağıllı körpələrin doğulduğu ay - Uğurlu liderlər də həmin ayda dünyaya gəlib

Elm dünyası uzun illərdir ki, genetik və ətraf mühit faktorlarının insan zəka səviyyəsinə təsirini araşdırır. Son dövrlərdə aparılan bəzi tədqiqatlar isə doğum ayının da bu amillər arasında yer ala biləcəyini göstərib. Alimlər iddia edirlər ki, körpələrin doğulduğu ay onların gələcək intellektual bacarıqlarına təsir edə bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, xüsusilə sentyabr və oktyabr aylarında doğulan uşaqların zəka baxımından digərlərinə nisbətən bir addım öndə olduğu müşahidə edilib. Bu aylarda doğulan uşaqlar adətən məktəbə yaşıdlarından bir qədər yetkin yaşda başlayır və bu da onların öyrənmə prosesindən daha çox faydalanmalarına şərait yaradır. Araşdırmalara əsasən, bir çox uğurlu lider və tanınmış şəxsiyyət də məhz bu aylarda dünyaya gəlib.

Əlavə olaraq, payız və qış aylarında doğulan körpələrin İQ səviyyələrinin daha yüksək ola biləcəyi ehtimal edilir. Bunun səbəbləri arasında hamiləlik dövründə ananın qidalanması, günəş işığına məruz qalma səviyyəsi və mövsümi faktorlar yer alır.

Bununla belə, alimlər vurğulayır ki, zəkanı yalnız doğum ayı ilə əlaqələndirmək düzgün deyil. Genetik miras, sosial mühit, ailə dəstəyi və təhsil imkanları insanın intellektual inkişafında əsas rol oynayan faktorlardır./Milli.az


SON XƏBƏRLƏR

01 May 2025