Goranboyda 45 yaşlı kişini minaya düşməsinin təfərrüatları məlum olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Kəlbəcər rayon sakini Goranboyun Qaraçinar kəndində yaşayan 45 yaşlı Qalıb Abbasovun mal-qarası Baranbat adlanan meşəlik ərazidə itib.
Qalib Abbasov mal qarasını meşəlik ərazidə axtaran zaman minaya düşüb. Xəsarət alan şəxs əvvəlcə Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Ona xəstəxanada yardım edildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
***15:13
Bu gün Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Goranboy rayonunun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş, Goranboy rayonunin Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
14:17
Goranboyda 45 yaşlı kişi minaya düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Q. Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Məlumata görə, Q. Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.
Faktla bağlı araşdırma aparılır.