• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu sürücülər cərimələndi - VİDEO

CƏMİYYƏT

31 May 2025 | 23:22 | Müəllif: Subhan Mahmudov

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən tədbir keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.

Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026