• Bakı 16° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Ərdoğan: “İsrailin mənfi göstəricilərinə görə ehtiyat tədbirləri görürük"

CƏMİYYƏT

17 Oktyabr 2025 | 17:31

Ərdoğan: “İsrailin mənfi göstəricilərinə görə ehtiyat tədbirləri görürük

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəsin əldə olunmasında Türkiyənin mühüm rol oynadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Türkiyə-Afrika İş və İqtisadiyyat Forumu"nda çıxışı zamanı deyib.

Türkiyə lideri HƏMAS və İsrail arasında əldə olunan razılaşmanın daimi olması üçün səylərin davam etdiyini vurğulayıb.

“Biz razılaşmanın qalıcı sülhə çevrilməsi üçün çalışırıq. Lakin İsrailin zəif göstəricilərinə görə ayıqlığımızı itirmirik və ehtiyat tədbirləri görürük”, – deyə Ərdoğan qeyd edib.

Prezident həmçinin Qəzzanın tezliklə bərpa olunması üçün Türkiyənin lazımi dəstəyi göstərəcəyini, Fələstin xalqı ilə həmrəyliyin davam edəcəyini vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR