• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Ərdoğan Novruz bayramının TDT-də qeyd olunacağını açıqladı

DÜNYA

21 May 2025 | 14:43

Ərdoğan Novruz bayramının TDT-də qeyd olunacağını açıqladı

"Son aylarda qeyd etdiyimiz Novruz bayramı min ili aşan ortaq mədəniyyət və tariximizin, tale və qəlb birliyimizin ən mühüm mədəni irsidir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən qeyri-rəsmi sammitində deyib. 

Türkiyə lideri qeyd edib ki, bundan sonra martın 21-ni Türk Dövlətləri Təşkilatının Novruz bayramı günü elan edilməsindən məmnunluq duyacaqlar:

"Eləcə də bu il Səmərqənddə keçiriləcək 43-cü YUNESKO Baş Konfransında 15 dekabr tarixinin Dünya Türk Dili Günü elan edilməsinin çox mənalı olacağına inanırıq. Ümid edirəm ki, bu istiqamətdə aparılan işlər konfransın keçiriləcəyi tarixə qədər yekunlaşacaq".


SON XƏBƏRLƏR