"Türkiyə və Rusiya arasında həmrəylik və iqtisadi əməkdaşlıq hər keçən gün artmaqda davam edir".
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Nyu-Yorka səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NBC News" kanalına müsahibəsində deyib.
Müsahibəsində Türkiyə-Rusiya münasibətlərinə toxunan Ərdoğan Türkiyənin oktyabrda Rusiyada keçiriləcək BRİKS toplantısına qatılmaq qərarını şərh edib.
"Rusiya ilə siyasət, iqtisadiyyat, müdafiə sənayesi vəmədəniyyət sahələrində əlaqələrimiz var", -deyə Ərdoğan qeyd edib.
Gülşən Şərif















