• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-ın buna hüququ yoxdur - RƏSMİ BAKI

SİYASƏT

25 Oktyabr 2024 | 19:56 | Müəllif: Subhan Mahmudov

ABŞ-ın buna hüququ yoxdur - RƏSMİ BAKI

ABŞ-ın daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək və təhrif etmək hüququ yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə X hesabında bildirib.

A.Hacızadə Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.

“Eyni zamanda, ABŞ-da olduğu kimi, cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”, - Ayxan Hacızadə qeyd edib.

Ayxan Hacızadə əlavə edib ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına salır.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi hazırda istintaq altında olan Qubad İbadoğlu ilə görüşüb və görüş barədə səfirlik X hesabında məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026