• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ərdoğan yeni antiterror əməliyyatının anonsunu verdi

DÜNYA

27 Iyun 2022 | 21:27

Ərdoğan yeni antiterror əməliyyatının anonsunu verdi

"Suriya ilə sərhədimizdə yaratmağa başladığımız təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq".

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə həm terrorla mübarizə, həm də regional böhranlarda problemlərin həlli konsepsiyasını uğurla həyata keçirir, dost ölkələrə dəstəyini və prinsipial mövqeyini hər sahədə nümayiş etdirir.

Bundan əlavə, Ərdoğan sabah Madriddə baş tutacaq NATO Zirvəsində PKK/YPG, FETÖ kimi terror təşkilatları haqqında həmsöhbətlərinə doğru məlumat çatdıracağını da qeyd edib.


SON XƏBƏRLƏR

26 Aprel 2024