• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ərdoğandan sülh konfransı çağırışı: Bu, yalnız Fələstin-İsrail münaqişəsini əhatə etməməlidir

SİYASƏT

02 Noyabr 2023 | 15:15 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğandan sülh konfransı çağırışı: Bu, yalnız Fələstin-İsrail münaqişəsini əhatə etməməlidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin qarşıdurmasından danışarkən deyib ki, bütün əlaqədar tərəflərin iştirakı ilə təşkil ediləcək Fələstin-İsrail Beynəlxalq Sülh Konfransı ən uyğun platformadır. Ərdoğan Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə məsuliyyəti öz üzərilərinə götürməyə hazır olduqlarını bildirib.

Politoloq Vasif Əfəndiyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstinin İsrailə basqınından sonra hadisələri ardıcıl təqib etməsi və sülh çağırışları Türkiyənin regionda güclü tərəf olmasına dəlalət edir.

Siyasi şərhçi vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsində də bir çox humanitar tədbirlərə imza atan Türkiyə Ərəbistan yarımadasında stabilliyi bərpa etmək imkanındadır: "HƏMAS-ı oyuna gətirərək İsrailə hücum etməsini təhrik edən İran vəziyyətin düşündüyü kimi olmayacağını anladıqda, münaqişəyə hərbi müdaxilə etməyəcəyini bəyan etdi. Bununla da HAMAS-ı deyil, dinc fələstinliləri çətin duruma saldı”.

Onun sözlərinə görə, HƏMAS hücumlarının ilk həftəsində İsrail şəhərlərinə 10 mindən artıq raket atsa da, raketlərin 90 faizi “Dəmir qübbə” tərəfindən məhv edildi. Politoloq deyib ki, əgər İsrailin hava hücumundan müdafiə qüvvələri indiki səviyyədə olmasaydı, bu gün İsraildə ölən dinc insanların sayı Fələstin tərəfindən ölənlərdən dəfələrlə çox olacaqdı.

Vasif Əfəndiyev: Əgər İsrailin hava hücumundan müdafiə qüvvələri indiki səviyyədə olmasaydı...

Həmsöhbətimiz vurğulayıb ki, Ərdoğanın sülh konfransı keçirilməsi çağırışları yalnız Fələstin-İsrail münaqişəsini əhatə etməməlidir: "Aralıq dənizi hövzəsi ətrafında yaranmış gərginlik və münaqişələrin hamısı dayandırılmalıdır. Cənab Ərdoğanın bu təhlükəni görməsi və münaqişə ocaqlarının böyüməsindən narahat olması təbiidir. Çünki gələcəkdə Türkiyənin özü hədəfə çevirilə bilər. Bölgəni daim gərginlikdə saxlayan qeyri-qanuni hərbi birləşmələr zərərsizləşdirilməsə, davamlı sülh mümkün deyil".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026