• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Ermənistan beynəlxalq hüququ pozur

CƏMİYYƏT

02 Dekabr 2024 | 12:38

Ermənistan beynəlxalq hüququ pozur

Qərbi azərbaycanlıların öz yurduna qayıdışını hələ də təmin etməyən Ermənistan ciddi beynəlxalq hüquq pozuntusuna yol verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, qaçqınlarla bağlı beynəlxalq sənədlər və normalar qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsini dəstəkləyir:

“Beynəlxalq hüquqi aktlarda qaçqınların təkcə öz dövlətinə deyil, həm də vaxtilə yaşadıqları ərazilərə qayıtmasını dəstəkləyir. Ermənistan qərbi azərbaycanlıların yaşadıqları ərazidəki varis dövlət olaraq onların hüququnu təmin etməlidir”.


SON XƏBƏRLƏR