• Bakı 12° C

    1.05 m/s

Ermənistan Krım körpüsündəki partlayışla bağlı araşdırmaya başladı

DÜNYA

13 Oktyabr 2022 | 13:15

Ermənistan Krım körpüsündəki partlayışla bağlı araşdırmaya başladı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Krım körpüsündə baş verən partlayışda ölkə vətəndaşlarının iştirakı barədə araşdırmalara başlayıb.

Bakıvatı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun Mətbuat xidməti yayıb. 

Əsas olaraq Ermənistan vətəndaşının idarə etdiyi yük avtomobilində partlayıcı maddələrin gizlədilməsi ilə bağlı məlumatlar araşdırılacaq.

Məlumata görə, yüklə dolu yük avtomobili üçüncü ölkədən Ermənistan ərazisinə daxil olub, daha sonra ölkə ərazisini tərk edərək Gürcüstandan Rusiyaya gedib. 

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi saxlanılıb. Sözügedən şəxslərin isə 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026