• Bakı C

    8.35 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Ermənistan Aİ-dən yardım istədi - SƏBƏB

DÜNYA

15 Dekabr 2025 | 10:52

Ermənistan Aİ-dən yardım istədi - SƏBƏB

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bugünkü iclasda Ermənistanı müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

“Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün həmin məsələ ilə bağlı Ermənistana necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xarici müdaxilələrin qarşısının alınması mövzusunda bizdən kömək istəyib”, - Kallas bildirib.

Qeyd edək ki, bundan əvvəl Kaya Kallas 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyini iddia edib./APA 


SON XƏBƏRLƏR

14 Dekabr 2025