İran rəhbərliyi respublikanın qlobal internet şəbəkəsindən ayrılması istiqamətində hazırlıq işlərinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Nəşrin yazdığına görə, İranda artıq dövlət tərəfindən təsdiqlənmiş daxili axtarış sistemləri, xəritə xidmətləri və messencerlərin daxil edildiyi xüsusi “ağ siyahı” formalaşdırılıb. Həmin siyahıya, həmçinin yalnız dövlət qurumlarının razılıq verdiyi videoların yayımlanmasına icazə verilən striminq platforması da daxildir.
Rəqəmsal hüquqlar üzrə ekspert Amir Raşidi bildirib ki, hazırda İranda daxili internetin “skelet versiyası” fəaliyyət göstərir və bu sistem tam qlobal şəbəkəni əvəzləmək üçün mərhələli şəkildə genişləndirilir./Teleqraf
Bakı 




