• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Burnunu silməsi ilə gündəm oldu - VİDEO

DÜNYA

13 Fevral 2026 | 01:12 | Müəllif: Subhan Mahmudov

Burnunu silməsi ilə gündəm oldu - VİDEO

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Ankaraya rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında yol verdiyi qeyri-etik hərəkət Yunanıstan ictimaiyyətində geniş rezonans doğurub.

Bakıvaxtı.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla birgə çıxış zamanı Baş nazirin burnunu sildiyi salfeti masanın üzərindəki rəsmi faylın içərisinə qoyması diqqətdən yayınmayıb.

Həmin anın görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqid atəşinə tutulub. Xüsusilə “X” platformasında yunan istifadəçilər Mitsotakisi dövlət etikasına sığmayan davranışda ittiham ediblər.

Xatırladaq ki, səfər çərçivəsində Türkiyə ilə Yunanıstan arasında 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib və tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqavilələri imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026