• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistanda bəzi Rusiya vətəndaşlarının broker hesabları bağlanacaq

DÜNYA

29 Noyabr 2023 | 00:20

Ermənistanda bəzi Rusiya vətəndaşlarının broker hesabları bağlanacaq

Ermənistanın broker (alış-satış əməliyyatlarına vasitəçilik edən şirkət) şirkəti "Armbrok" əcnəbilər üçün daxili tələblərin sərtləşdirilməsi ilə əlaqədar qeyri-rezidentlərin bəzi hesablarını, o cümlədən Rusiya vətəndaşlarının hesablarını bağlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RBC şirkət nümayəndəsinə istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, hesabların bağlanması barədə qərar "Armbrok" tərəfindən “Ermənistanın qeyri-rezidentləri üçün daxili tələblərə baxıldıqdan və sərtləşdirildikdən sonra” qəbul edilib.

Şirkət nümayəndəsi əlavə edib ki, qeyri-rezident müştərilərin aktivləri onların digər broker və banklardakı hesablarına köçürüləcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024