• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan

DÜNYA

17 Fevral 2025 | 17:55

Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan

Ermənistanın Avropa İttifaqına daxil olmaq perspektivi yoxdur və İrəvan bunun naminə Avrasiya İqtisadi İttifaqına üzvlüyün verdiyi bütün üstünlükləri itirir.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan bunu İrəvanda keçirilən mətbuat konfransında deyib. O, Avropa İttifaqına üzvlük məsələsinin ölkədə keçiriləcək parlament seçkilərində əsas mövzu olacağını bildirib.

Qeyd edək ki, fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Ermənistanın ikinci prezidenti olan və 1998-2008-ci illərdə ölkəyə rəhbərlik edən Robert Koçaryan hazırda respublika parlamentində ən böyük müxalifət fraksiyasına malik “Ermənistan” blokunun lideridir.


SON XƏBƏRLƏR

11 Mart 2025