İmamoğlu da daxil olmaqla 106 şübhəli barəsində saxlanılma qərarı verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, iki araşdırma nəticəsində 106 nəfər saxlanılıb: “Terror təşkilatına yardım ittihamı var. Qanun qarşısında heç bir imtiyaz yoxdur. Məsələnin məzmununu bilmədən hesablama aparmaq yanlışdır. Məhkəmə heç kimin əmrinə və göstərişinə tabe deyil”.
Nazir küçələrə çıxmaqla bağlı çağırışı qəbuledilməz adlandırıb.