• Bakı C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Avropa Şurası Əkrəm İmamoğlunun saxlanılmasını pisləyib

DÜNYA

19 Mart 2025 | 17:48

Avropa Şurası Əkrəm İmamoğlunun saxlanılmasını pisləyib

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasını pisləyib. 

Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, bu barədə AŞ Konqres sədri Mark Kuls, Türkiyədə yerli və regional demokratiyanın vəziyyəti ilə bağlı məruzəçilər David Eray və Brioni Rudkinin imzaladığı bəyanat yayıb.

Bəyanata əsasən, həbsdə qarşıdan gələn prezident seçkilərində əsas namizədlərdən biri sayılan siyasi xadimə qarşı bütün təzyiq əlamətləri var.

"Biz demokratik yolla seçilmiş İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsini qətiyyətlə pisləyirik" - bəyanatda qeyd olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR