İspaniyada güclü yağış daşqına səbəb olub.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, İspaniyada güclü yağışın səbəb olduğu daşqınlarda iki nəfər ölüb, yüzlərlə insan təxliyə edilib.
Malaqadakı Qvadalhors və Kampanillas çayları güclü yağışdan sonra daşaraq küçə və prospektləri su basıb. Daşan çayların ətrafındakı ərazilərdə məktəblər bağlanıb və təcili yardım xidmətləri 370-ə yaxın evi təxliyə edib.
Nuriyyə Musayeva
İspaniyada daşqın: 2 ölü
DÜNYA
19 Mart 2025 | 17:45

SON XƏBƏRLƏR
10 Iyul 2026
22:07
Bakı 


