• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Əşrəf Qəninin qardaşı “Taliban”a qoşulub

DÜNYA

21 Avqust 2021 | 14:52

Əşrəf Qəninin qardaşı “Taliban”a qoşulub

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni “Taliban” hərəkatına qoşulub.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkat nümayəndələri bəyan ediblər.

“Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni Xəlil Əl-Rəhman Hakkaninin iştirakı ilə İslam Əmirliyinə sədaqət andı içib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Xəlil Əl-Rəhman Hakkani “Taliban”la sıx əməkdaşlıq edən “Hakkani şəbəkəsi” terror qruplaşmasının yüksək vəzifəli üzvüdür. Avqustun 21-də onun Kabildə Əfqanıstanın sabiq baş naziri, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyarla görüşdüyü bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026