Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Kabilə səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı “Tolo Nyus” televiziyası yayıb.
Qebreyesusun Taliban nümayəndələri ilə görüşəcəyi vurğulanıb.
Əsas müzakirə mövzusunun Dünya Bankının Əfqanıstan səhiyyəsinə ayırdığı yardımın dayandırılmasının qarşısının alınması olacağı bildirilib.
















