Ermənistanda Qarabağ ermənilərinin qəbulu proqramı fəaliyyətini dayandırdı.
Bakıvaxtı.az xəbər verir ki, erməni mətbuatı İrəvandakı Qarabağ ermənilərinin çətin vəziyyətə düşdüyünü yazır.
Belə ki, qanunsuz olaraq Şuşada yaşayan Armine Sarkisyanın ailəsi Ermənistana qaçmalı oldu. Onlara Armavir evlərindən birində sığınacaq verildi. Arminenin dediyinə görə, onlar hələ avqust ayında dayandırılan Qarabağ ermənilərinin qəbul proqramının iştirakçıları olublar: "Evin sahibi bizdən pul almır, amma ev kirayə vermək istəsə, arzu edənlər mütləq olacaq. Biz gəlməmişdən əvvəl də bu ev kirayəyə verilmişdi, o cümlədən mebelinə kimi bütün şəraiti var. Dövlət ev sahiblərinə ərim və mənim üçün ayda 120 dollar pul köçürürdü. Əvvəlcə qısa müddətə burada olduğumuzu və bir neçə aydan sonra Qarabağda mənzil alacağımızı düşünürdük. Amma məsələnin həlli uzanır. Artıq ümid eləmirik. Özümüzü müftəxor kimi hiss edirik, çünki proqram dayanıb, biz isə ödəniş edə bilmirik. Qazancımız yeməyə və iki yaşlı uşağın bezinə güclə çatır".
Ermənistanın əmək və sosial işlər nazirinin mətbuat katibi Zara Manuçaryan müsahibəsində proqramın yarımçıq qalmadığını, proqramın sona çatdığını və vətəndaşlara bu barədə məlumat verildiyini bildirib: "Proqram üç ay fəaliyyət göstərməli idi, lakin iki dəfə uzadıldı. İndi Qarabağ ermənilərinin mənzil problemlərinin həllinə imkan verəcək yeni bir dəstək layihəsi üzərində düşünürük. Yəni proqramın əvvəlki formada davam edib-etməyəcəyini və ya yeni bir layihənin hazırlanıb-hazırlanmayacağını hələ dəqiq deyə bilmərik".
Bundan əlavə, Manuçaryana dediyinə görə, indi Qarabağ ermənilərinə məşğulluq proqramlarından istifadə etməyi tövsiyə edirlər. Qarabağ ermənilərinə maliyyə yardımı olaraq 125 dollar verməklə bağlı 4 aylıq proqram da başa çadıb.
















