"Mən tənqidə açıq insanam. İşimi tənqid elə, geyimimi tənqid elə, lap görüntümü tənqid elə. Ancaq mənim əxlaqıma dil uzadanda, sənin dilini çəkib boğazından çıxardaram".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı, araşdırmaçı-jurnalist Xoşqədəm Hidayətqızı öz verilişində səsləndirib.
O, sosial şəbəkələrdə onu və ailəsini təhqir edənlərə səslənib. "Türkiyədə belə deyil. Acun (Acun Ilıcalı) keçmiş həyat yoldaşını təhqir etdiklərinə görə 15 nəfəri qanuni yolla cəzalandırdı. Bu, bizdə də olmalıdır. Bəsdirin artıq. Tənqid edin. Açığam tənqidə. Lakin məni təhqir etsən, evindəkilərə etmiş olarsan, anana, bacına etmisən deməkdir bu. Qardaş ölkənin vətəndaşı ilə evliyəm deyə ordan da məni izləyirlər. Mən sizə nə etmişəm?!"- deyə bildirib.
X.Hidayətqızı sonda öz oğlundan da söz açıb : "Mənim oğlumun 28 yaşı var. Tərbiyə ailədən, atadan-anadan gəlir. Bilənlər də bilir, mənim oğlum kiminsə qızına, ailəsinə durub nəsə yazarsa, mən onun əllərini...”
“Mən də sizin bir qızınızam, bacınızam, Azərbaycan qadınıyam. Bəsdirin"- deyə Xoşqədəm Hidayətqızı qeyd edib.
Xəyalə Rza
















