Əməkdar artist Manana Caparidze həyat yoldaşı ilə tanışlığından söz açıb.
Bakıvaxtı.az xəbər verir ki, müğənni qonaq olduğu verilişlərin birində harda, necə istirahət etməyi sevdiyindən danışıb:
"Mən dənizi çox sevirəm. Dəniz mənim üçün bir başqadır. Təbiəti, heyvanları sevirəm. Ancaq dəniz ayrıdır mənim üçün. Hətta mən öz məhəbbətimi də dənizdə tapmışam. Açdım qollarımı, dedim əgər bu dünyada dəniz sevgisi varsa, mən hazıram onu qarşılamağa. Dənizdə istirahətimin 9-cu günündə onu qarşıma çıxartdı. Allahıma çox şükür edirəm. Mən sevgimi də orda tapdım. Sevirəm dənizi".
Əməkdar artist enerjisini necə yüksək saxladığının da sirrini açıb:
"Mənə həmişə deyirlər necə belə pozitiv qalırsan. Çünki, mənim evdə itim, pişiyim, bala dovşanım var. Çox heyvan sevirəm. Təbiəti sevirəm. Onlardan həmişə müsbət enerji alıram. Nəticədə mən də ətrafa müsbət enerji verirəm".
Xəyalə Rza
















