"Renka" ləqəbli məşhur rəqqasə Rəna Ağamuradova sürücüləri hədələyib.
Bakıvaxtı.az-ın məlumatına görə, rəqqasə qonaq olduğu verilişlərin birində avtomobilindən və motosikletindən danışıb.
Dediyinə görə, avtomobili cərimə meydançasına aparıldığından, efirə motosikletlə gelib: “Avtomobilimi cərimə meydançasına apardılar. İçində geyimlərim vardı. Yarım saatın içində motosikletlə evimin yanında olan geyim mağazasına getdim. Oradan paltar götürüb, tələsik gəldim verilişə".
Sürücülərdən gileylənən Renkanın fikirləri izıəyicilərin marağına səbəb olub: "Avtomobil sürücüləri motosiklet görəndə çox əsəbləşirlər. Amma səbibini mən də bilmirəm. Əgər avtomobil sürücüləri məni bir də yolda sıxışdırsalar, motosikletdən enib təpiklə onların güzgülərini sındıracağam".
Renka motosikletıə uzun səfərə çıxmaq fikrində olduğunu da deyib: “Motosiklet sürəndə tamam başqa hisslər keçirirəm. Daha əvvəl motosikletdə sərnişin kimi Şəkiyə qədər getmişəm. Bu yay motosikletlə Gürcüstana və Türkiyəyə getmək istəyirəm".
Xəyalə Rza
















