• Bakı 17° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Fələstində Təmsilçilik Ofisinin strukturu və ştat cədvəli təsdiq ediləcək

SİYASƏT

26 Noyabr 2022 | 16:14

Fələstində Təmsilçilik Ofisinin strukturu və ştat cədvəli təsdiq ediləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
 


SON XƏBƏRLƏR

20 Oktyabr 2025