• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xankəndidəki ermənilər ya birgəyaşayışı seçməli, ya da... - Siyasi şəhrçi

SİYASƏT

26 Dekabr 2022 | 12:17 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndidəki ermənilər ya birgəyaşayışı seçməli, ya da... - Siyasi şəhrçi

“Qarabağda qalan normal düşüncə tərzi ilə hadisələri dəyərləndirə bilən ermənilər Vardanyana, onun əlaltılarına və terrorçulara etirazlarını bildirməli, Azərbaycanla birgə yaşayışı seçməlidirlər”.

Bunu Bakıvaxtı.az-a Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçMübariz Göyüşlü Xankəndidə ermənilərin bazar günü keçirdiklərin aksiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə,  Xankəndidə baş verən hadisələr seperatçıların, onlara dəstək verən daxildəki və xaricdəki terrorçu qruplaşmaların son çırpıntılarıdır: “Əgər onlar Azərbaycan dövlətinə, xalqına, ordusuna hansısa formada təyziq edərək nəticə əldə edə biləcəklərini düşünürlərsə, yanlış fikirdədirlər. Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycan qanunları altında dinc yaşamağı seçməkdənsə, Vardanyanın dava, qarşıdurma variantına üstünlük verməklə böyük səhv edirlər”. M.Göyüşlü Vardaynan aksiyada “3 yol var: ya çıxıb gedirik, ya döyüşürük, ya da təslim oluruq. Biz döyüşməyi seçək” fikrini səsləndirdiyini xatərladaraq, qeyd edib ki, bu döyüşün kiminlə və necə olacağını Vardaynan və ətrafı dəqiq fikirləşməlidir. Siyasi şərhçi bildirib ki, 30 il ərzində mövcud olan istehkamları, Ermənistan ordusunu darmadağın edən Azərbaycan ordusu Xankəndidəki 3-5 qulduru bir neçə saata tərkisilah edib problemi həll edə bilər: “Sadəcə Azərbaycan bunu istəmir. Bu mənada hesab edirəm ki, Xankəndidə bu cür aksiya təşkil etmək düzgün deyil”.

Müsahibimiz qeyd edib ki, onlar bundan əvvəl də eko-aktivistlərin aksiya keçirdiyi yerə yürüş edirdilər: “Lakin bunların heç biri nəticə vermədi. 15 gündür ki, Azərbaycan aktivistləri aksiyanı davam etdirirlər. Bizim tələbimizlə Laçın-Xankəndi yolu sülh yoluna çevriləcək. Burada Azərbaycanın sərvətlərini talamaq və silah-sursat daşımaq, quldurlara dəstək vermək, xaricdən terrorçular daşımaq məsələlərinə imkan verilməyəcək”.

M.Göyüşlü hesab edir ki, Azərbaycan bu tələblərini daha da dərinləşdirməlidir: “Düşünürəm ki, Qarabağda qalan normal düşüncə tərzi ilə hadisələri dəyərləndirə bilən ermənilər Vardanyana, onun əlaltılarına və terrorçulara etirazlarını bildirməli, Azərbaycanla birgə yaşayışı seçməlidirlər. Vardanyan və ətrafının çabalamaları nəticəsiz bitəcək, Azərbaycan istəyinə nail olacaq. 30 il əvvəlki vəziyyət deyil ki, Xankəndi və ya başqa yerdə aksiya başladıb Qarabağda terrorçu fəaliyyət həyata keçirilsin. Biz məlumatlıyıq ki, bu aksiyaya insanları pulla gətirirlər. Belə formada təşkil olunan aksiyaların effektsiz olacağı bəri başdan bəllidir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026