"Artıq 15 gündür davam edən aksiya cinayətkar, qanunsuz əməllərlə məşğul olan qrupları narahat etməyə başlayıb".
Bunu Bakıvaxtı.az-a eke-aktivistlərin laçın-Xankəndi yolunda kemirdiyi aksiyanı işıqlandıran "Azərtac"ın əməkdaşı Elmir Səftərov deyib.
Onun sözlərinə görə, bu aksiya Azərbaycan ərazilərində istismarla məşğul olan şəxslərin əl-qolu bağlayıb: "Onlar artıq aksiya keçirilən yoldan talançılıq, həmçinin Qarabağda olan qanunsuz silahlı birləşmələri əvvəlki kimi silah-sursatla təmin edə bilmədikləri üçün beynəlxalq arenalarda bu prosesi müzakirəyə çıxarmaq istəyirlər. Bununla da Azərbaycanı günahkar kimi təqdim edib, sanksiyalar və digər mənfi çağırışlarla üz-üzə qoymağı hədəfləyirlər".
E.Səftərov bildirib ki, amma Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquqa tam əməl edir. Onun dediyinə görə, keçirilən bu dinc aksiya öz ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarına qarşıdır ki, bu da tam haqqımızdır.
"Bəzi beynəlxalq təşkilatların bu hadisəyə ikili münasibəti riyakarlıqdır və ikrah doğurur. Çünki onlar uzun illər ərzində Qarabağda sərvətlərimizin talanmasına, şəhər və kəndlərimizin, o cümlədən abidələrimizin ermənilər tərəfindən dağıdılmasına göz yumublar" deyən Elmir Səftərov qeyd edib ki, indi qanunsuz istismara qarşı keçirilən aksiyanın bu dərəcədə şişirdilməsi “düşmən dəyirmanına su tökmək”dən başqa bir şey deyil.
Aytac Aslan


jpg-1672046131.jpg)


jpeg-1674634891.webp)











