• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qərb-Rusiya qarşıdurmasını bu dəfə Ermənistan gücləndirəcək - AÇIQLAMA

SİYASƏT

25 Yanvar 2023 | 12:48 | Müəllif: Qalib İbrahimoğlu

Qərb-Rusiya qarşıdurmasını bu dəfə Ermənistan gücləndirəcək - AÇIQLAMA

“Avropa İttifaqının monitorinq missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı fərqli danışıqlar aparıldı. İlk növbədə Azərbaycanla Ermənistan təmas xəttində hərbçilərin yerləşdirilməsi təklif edilirdi. Lakin prezident İlham Əliyev Azərbaycanla sərhəddə başqa ölkənin hərbi heyətinin yerləşdirilməsinə razı olmadığını, bu addımın gəəcəkdə suverenliyimizə zərbə vuracaq təhlükə olduğunu açıq ifadə etdi”.

Bunu Bakıvaxtı.az-a politoloq Züriyə Qarayeva Aİ-nin Ermənistana missiya yerləşdirmək qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sonradan monitorinq missiyasının Ermənistan sərhədləri daxilində yerləşdirilməsi qərara alınıb. Politoloq deyib ki, bu addım Ermənistanın daxili işidir:

“Onsuz da bu ölkənin sərhədləri özündən başqa çox güclər tərəfindən qorunur. Azərbaycanın mövqeyinə gəldikdə, bizi düşündürəcək tək məqam missiya qrupu da daxil olmaqla vasitəçilik etmək istəyən qüvvələrin bölgədə sülh və sabitliyə təkan verməsi, bu yolda İrəvanı təxribatlardan yayındırmasıdır. Məhz bu məsələdə hesab etmirəm ki, Brüssel bizim maraqlarımıza zidd olacaq hər hansı addım atsın. Təşkilat bütün platformalarda Bakının irəli sürdüyü sülh prinsiplərini dəstəkləyib”.

Z.Qarayeva bildirib ki, bu baxımdan İrəvanın təşkilatlarla bağlı kartının da suya düşdüyü aşkardır:

“Lakin Ermənistanın özü üçün missiyanın yerləşdirilməsini qiymətləndirsək, müvafiq addım Rusiyaya qarşı bölgədə arxa cəbhənin yaradılması anlamına gəlir ki, bu da Moskvanın adekvat reaksiyasını mütləq şəkildə doğuracaq. Ermənistan sərhədləri Rusiya tərəfindən qorunur, aralaraında hərbi əməkdaşlığa dair memoruandum var və 2047-ci ilədək qüvvədədir. Belə olduğu halda başqa cəbhənin hərbi birləşmələrinin ölkədə yerləşdirilməsi Qərb-Rusiya toqquşmasını bu dəfə də Ermənistan çərçivəsində gücləndirəcək ki, bu məqamda İrəvanın Kiyev qədər dirəncli olacağını düşünmək absurd olar”.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.

Məluata görə, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

“Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”.

Missiyanın müddəti iki il olacaq. Qeyd edilib ki, EUMA-nın ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti (CPCC) departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən Missiya Rəhbəri təyin ediləcək.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir: “Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq olaraq qalır”.

Qeyd edək ki, bir müddət öncə Aİ Ermənistan-Azərbaycan sərhədinə iki aylıq missiya yollamışdı.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR