• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əfv Komissiyasının iclası olub, 200-dən çox müraciətə baxılıb - YENİLƏNİB

SİYASƏT

23 Fevral 2023 | 18:28 | Müəllif: Qalib İbrahimoğlu

Əfv Komissiyasının iclası olub, 200-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bugünkü iclasda 200-dən çox müraciətə baxılıb.

Komissiyanın növbəti iclası fevralın 28-nə təyin olunub.

Qeyd edək ki, komissiya indiyə qədər 900-dən çox müraciətə baxıb.

 

16:10

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

Bu günə qədər iclaslarda baxılan müraciətlərin sayı 600-ü ötüb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

 

09:00

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın ötən iclasında əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Komissiyanın indiyədək keçirilən iclaslarında əfvlə bağlı 600-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Komissiyasının ötən iclası fevralın 14-də keçirilib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026