• Bakı 12° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Üçüncü Qarabağ savaşı realdırmı? - Ermənistan başqa seçim yolu qoymur

SİYASƏT

26 Dekabr 2022 | 13:34

Üçüncü Qarabağ savaşı realdırmı? - Ermənistan başqa seçim yolu qoymur

"Separatçılar müharibə yolunu tutub.  Qarabağda separatçı qurumun yeni rəhbəri, Rusiyanın layihəsi olan Ruben Vardanyan ötən gün Xankəndidə keçirilən mitinqdəki çıxışında sonədək vuruşacağını bildirib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, videolardan görünür ki, hansısa yollarla mitinqə xeyli iştirakçı da toplaya biliblər: "Vardanyanın Azərbaycana qarşı müharibə elan etmək səviyyəsində olan çıxışında daha da irəli gedərək Azərbaycana hər hansı inteqrasiya və tabeçilik olmayacağını vurğulayıb. Maraqlıdır ki, hətta Putin son zamanlar belə ultimativ çıxışlar sərgiləmək halında deyil. Görünür ki, "Vardanyan layihəsi" təkcə Rusiya ilə bağlı deyil. Daha böyük güclər də bu prosesə qoşulublar. Bir neçə gün öncə də Prezident İlham Əliyev BMT səviyyəsində Azərbaycana qarşı təxribatlar ola biləcəyini qeyd etmişdi. Sonuncu müharibədən məğlub çıxan tərəf açıq-aşkar revanş xətti tutub. Keçmiş rus milyarderi Vardanyan getdikcə daxili və xarici mövqelərini gücləndirir".

O.Gündüz deyib kii, Ermənistan da üçtərəfli müqavilə öhdəliklərinə əməl etmir, tam gücü ilə müharibəyə hazırlıq xətti götürüb.

"Beləliklə, görünən odur ki, Ermənistan və separatçılar hələlik bizim üçün müharibədən başqa seçim yolu qoymaq fikrində deyillər".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026