• Bakı 19° C

    2.29 m/s

Fələstinli gənc: İsrail əsgərləri məni metrlərlə sürüdülər

DÜNYA

24 Yanvar 2024 | 10:34

Fələstinli gənc: İsrail əsgərləri məni metrlərlə sürüdülər

"İsrail qüvvələri məni şiddətlə döydülər və on metrlərlə yerdə sürüklədilər".

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Hebron şəhərindəki Əl-Ehli Xəstəxanasında müalicə alan 18 yaşlı fələstinli Həcc yaşadıqlarından danışarkən deyıb.

Həcc məhəllədə dostları ilə söhbət edərkən İsrail qüvvələrinin ona hücum etdiyini bildirib. Bir qrup İsrail əsgərinin ona hücum etməsinə təəccübləndiyini deyən gəncin sözlərinə görə, əsgərlər silahların qundağı ilə ona ağır zərbələr vurublar, üzünə bibər qazı püskürdüblər.

Döyülmə nəticəsində üzündə, bədənində çoxlu qançır və şişlər olan Həcc İsrail əsgərlərinin onu döydükdən sonra qəsəbənin girişində qoyub getdiyini, daha sonra təcili yardımla xəstəxanaya aparıldığını qeyd edib.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 370 fələstinli həyatını itirib. İsrail qüvvələrinin basqınları zamanı, təxminən, 4250 fələstinli yaralanıb, 6220 nəfər saxlanılıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR