Sakit okeanda Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri Çilinin Anqa-Roa şəhərindən 896 km cənubda olub. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.
















