• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tamaşaçı terrorçulardan birini belə zərərsizləşdirib

DÜNYA

24 Mart 2024 | 00:09 | Müəllif: Subhan Mahmudov

Tamaşaçı terrorçulardan birini belə zərərsizləşdirib

Moskvadakı “Crocus City Hall”da “Piknik” qrupunun konsertinə baxmağa gələn tamaşaçı avtomatla silahlanmış terrorçulardan birini tərksilah edərək, onu zərərsizləşdirməyə nail olub.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalına bildirib.

Onun sözlərinə görə, hücum zamanı həyat yoldaşı ilə kiçik zalda olub. O, insanlara atəş açan terrorçunun arakəsmənin arxasından çıxaraq avtomatına güllə ilə dolu yeni daraq taxdığını görüb.

“Mən həyat yoldaşıma baxdım, gözlərində qorxunc dəhşət gördüm və bir şey etməli olduğumu başa düşdüm”, - deyən həmin şəxs qaçaraq terrorçunun yanına gəlib və cəld onun silahından yapşıb, digər əli ilə isə terrorçunun başına bir neçə zərbə endirib.

Daha bir tamaşaçı da onun yanına qaçaraq terrorçunu zərərsizləşdirməyə kömək edib. Terrorçu zərərsizləşdirildikdən sonra tamaşaçılar zaldan qaça biliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026